Bakıda “Dostluq körpüsü” II Beynəlxalq folklor rəqs festivalına yekun vurulub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan “Dostluq körpüsü” adlı II Beynəlxalq Folklor-rəqs festivalına Mərdəkan Mədəniyyət Sarayında qala-konsertlə yekun vurulub. Festivala  ölkəmiz ilə yanaşı, Rusiya Federasiyası, İran İslam Respublikası, İsrail, Moldova, Latviya və Gürcüstanın rəqs qrupları, ümumilikdə  iştirak edib.

    

Qeyd edək ki, festivalın keçirilməsində əsas məqsəd uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsidir.      Mərdəkan Mədəniyyət Sarayında qala-konsert zamanı Şimali Osetiya və Vladiqafqazı təmsil edən “Sarmat”, Rusiyanı təmsil edən “Slavyanski lik”, Çeçenistanı təmsil edən “Zamankho”, Azərbaycanı təmsil edən “Azad” və “Lalələr” rəqs qrupları tamaşaçı rəğbəti qazanıblar.

                                                  

Sifai  SƏFƏROVA

 



18.07.2018 | 18:47