Vətən müharibəsinin yeganə xanım şəhidinin ailəsi ziyarət edilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Tarix klubunun təşkilatçılığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan xanım şəhidimiz, Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Arəstə Baxışovanın ailəsi ziyarət olunub.

 

Görüş zamanı Tarix klubunun rəhbəri Gülpəri Məmmədli Arəstə Baxışovanın portretini şəhidin anasına təqdim edib. Şəhid anası Məktubə Baxışova onun həyatından, tələbəlik illərindən, keçdiyi döyüş yolundan, vətənə olan dərin məhəbbətindən danışıb, övladı haqqında tələbələri maraqlandıran sualları cavablandırıb.

 



06.12.2021 | 13:45