DİM Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi şagirdlərinin qiymətləndirilməsi üçün imtahanlar keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin IV-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün imtahanlar həyata keçiriləcək.

 

Qurumdan bildirilib ki, əldə edilmiş razılığa əsasən, monitorinq imtahanları 9-10 dekabr 2021-ci il tarixlərində buraxılış və qəbul imtahanlarının əhatə etdiyi fənlər üzrə olacaq.

 

İmtahanlar 4-cü və 5-ci sinif şagirdləri üçün 1 mərhələdə, digər siniflər üzrə isə 2 mərhələdə keçirilir. Hər bir mərhələdə sualları cavablandırmaq üçün şagirdlərə 3 saat vaxt verilir.

 

İmtahanlar Biləsuvar şəhərində kompleksin inzibati binasında təşkil olunacaq.

 

İmtahanların siniflər və mərhələlər üzrə keçirilmə vaxtı linkdəki cədvəldə qeyd edilib. İmtahanlar  Azərbaycan dilində aparılır. 

 



07.12.2021 | 10:55