“Hüquq və Gənc hüquqşünaslar” layihəsinə start verilib

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Hüquq Klubu, “Miqrasiya Könüllüsü” İctimai Birliyi və ELSA Azərbaycanın təşkilatçılığı ilə kommersiya hüququ mövzusunda “Hüquq və Gənc hüquqşünaslar” layihəsinə start verilib.


Akademiyadan bildirilib ki, layihə çərçivəsində ilk təlim baş tutub. Layihənin açılışında DİA TGT Hüquq Klubunun sədri Fidan Namazova, “Miqrasiya Könüllüsü İctimai Birliyi” nin sədri Aydan Həşimova, ELSA Azərbaycanın Seminarlar və Konfranslar üzrə vitse-prezidenti Tariyel Əliyev çıxış ediblər.

 

Təlimçi qismində hüquqşünaslar- Günəş Vəliyeva və Gülçin Məmmədova “Müqavilə hüququ”, “Korporativ Hüquq” mövzularında fikirlərini bildiriblər.


Layihənin təşkilində məqsəd gənc hüquq tələbələri və hüquqşünasları müvafiq sahədə maarifləndirməkdən ibarətdir.

 

Bildirək ki,  3 təlimi əhatələyən layihə 24 dekabr tarixinədək davam edəcək.

 



07.12.2021 | 16:47