Sınaq imtahanlarına qeydiyyat davam edir

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarına hazırlaşan şəxslər üçün sınaq imtahanları keçirilir.

 

DİM-dən bildirilib ki, bu imtahanların iştirakçılar üçün bir sıra müsbət xüsusiyyətləri var. İlk növbədə, sınaq imtahanları vasitәsilә indiyә qәdәr әldә edilən bilik sәviyyәsi  yoxlanılır, sərf olunan əməyin nәticәsini әyani şәkildә görmәk imkanı qazanılır.

 

Sınaq imtahanları  imtahan vәrdişlәrinin formalaşmasına kömәk edir. Çunki bu sınaqlar zamanı qәbul imtahanı texnologiyasına uyğun “Sual kitabçası”, “Cavab kartı” və “Cavab vərəqi” ilә işlәnilir, kartın doldurulması vә vaxtın düzgün bölüşdürülmәsi vәrdişlәrinә yiyәlәnmək mümkün olur.

 

Digər tərəfdən sınaq imtahanlarında әldә edilən nәticәlәr  hansı fәnn vә ya fәnlәrdәn güclü vә ya zәif olmanın müәyyәnlәşdirilmәsinə  kömәk edir.

 

Nəhayət, sınaq imtahanlarının  hәm dә psixoloji cәhәtdәn böyük kömәyi ola bilir. Nәzәrә almaq lazımdır ki, iştirakçı bәzәn imtahan zamanı hәyәcan vә tәşviş keçirir. Bu da ona öz biliklәrini tam nümayiş etdirmәyә mane olur. Sınaqlarda iştirak edәrәk bu arzuolunmaz ovqatı aradan qaldırmaq mümkündür. Çünki sınaq imtahanları zamanı sual kitabçaları, cavab kartları, cavab vərəqləri, imtahan müddәti vә digәr amillәr eynilә qәbul imtahanlarındakı modelә uyğunlaşdırılır vә demәk olar ki, iştirakçı  özünü qәbul imtahanında olduğu kimi hiss edir. Bir neçә sınaq imtahanından sonra tәşviş dә, hәyәcan da aradan qalxır.

 

Qeyd olunanları nəzərə alaraq sınaq imtahanlarının əhəmiyyətini qısa şəkildə aşağıdakı kimi ifadə etmək olar:

 

1. İmtahan texnologiyası ilə tanış olursunuz;

 

2. Real imtahan mühitini hiss edirsiniz;

 

3. İmtahanda davranış qaydalarını öyrənirsiniz;

 

4. Test tapşırığı modelləri ilə tanış olursunuz;

 

5. İmtahan vaxtının idarə olunmasını öyrənirsiniz;

 

6. Fənn və mövzuların öyrənilmə səviyyəsini müəyyən edirsiniz;

 

7. Vərdiş yarandığı üçün imtahan həyəcanının azaldılmasına nail olursunuz.

 

Xatırladaq ki, DİM tərəfindən dekabrın 19-da ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi, dekabrın 26-da magistraturaya qəbul və Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə, həmçinin Xarici İşlər Nazirliyinə işə qəbul üzrə sınaq imtahanları keçiriləcək.

 

Ali təhsil müəssisələrinə qəbul imtahanları üzrə sınaq imtahanlarına qeydiyyat 9 dekabr, XİN-ə qəbul üzrə sınaq imtahanına qeydiyyat 19 dekabr, digər imtahanlara isə 16 dekabr tarixinədək davam edəcək.

 

Qurumdan bildirilib ki,  I-IV ixtisas qrupları üzrə sınaq imtahanlarında istifadə olanacaq test tapşırıqları qəbul proqramlarının 2021-ci il yanvar ayınadək olan hissəsini əhatə edəcək. Yanvar ayından sonra tədris olunan mövzular imtahana salınmayacaq.

 

Magistraturaya qəbul imtahanının 2022-ci il fevral ayında keçirilməsi nəzərdə tutulur. Ona görə də bakalavrlara bu sınaq imtahanında iştirak etmək tövsiyə olunur.

 



08.12.2021 | 10:28