“Qış Layihə Yarışması”na start verilib

Bakı Mühəndislik Universitetinin Tələbə Elmi Cəmiyyəti “Qış Layihə Yarışması”na start verib.

 

Yarışma 29 dekabr tarixində baş tutacaq. Yarışmaya universitet və orta məktəblərdən komandalar öz elmi layihələri ilə qatılacaq. İştirakçılar, həmçinin elmi yeniliklər, kəşflər, ixtiralar, tədqiqat nəticələri və ya maraqlı olduğunu düşündükləri istənilən elmi mövzuda təqdimatla çıxış etmək imkanına malikdirlər.

 

Layihələr münsiflər heyəti tərəfindən dəyərləndiriləcək.  

 

Qeydiyyat üçün son tarix 17 dekabrdır.

 

Məlumat üçün bildirək ki, hər universitet və ya məktəbdən bir neçə komanda yarışa qoşulmaq üçün müraciət edə bilər. Komandadan bir nəfərin qeydiyyat formasını doldurması yetərlidir.

 



08.12.2021 | 14:39