Millət vəkili tələbələrlə görüşüb

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, tarix elmləri doktoru, professor Anar İsgəndərovun tələbələrlə görüşü keçirilib.


Tələbələrlə ünsiyyətdən məmnun olduğunu bildirən millət vəkili Azərbaycan tarixinin müxtəlif dövrlərinə nəzər salıb, Xalq Cümhuriyyəti, Azərbaycan parlamentinin təsisi, dahi rəhbər Heydər Əliyevin siyasi fəaliyyəti, 44 gün davam edən Vətən müharibəsi və şanlı qələbəmiz haqqında ətraflı danışıb, gəncləri vətənpərvər olmağa səsləyib.


Professor  ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin ən yeni tariximizdə müstəsna yeri olduğunu qeyd edib. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövlət idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyevin dünyada nadir tarixi şəxsiyyətlər sırasında olduğunu bildirib.  Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkül tapması və əsas qurucusunun Ümummilli Lider olduğunu deyib.

 

“Birinci Qarabağ müharibəsindən fərqli olaraq, Vətən müharibəsi zamanı Azərbaycanda xalq-dövlət birliyi mövcud idi. Prezident, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi məhz xalq-ordu-dövlət birliyi sayəsində “dəmir yumruğ”u formalaşdırmaq mümkün oldu. Nəticədə 44 günlük Vətən müharibəsi ərzində Azərbaycan öz haqqını bütün dünyaya bəyan edə bildi, düşməni Azərbaycan torpaqlarından qovdu və noyabrın 10-da Ermənistanın danışıqsız təslim olması haqqında Bəyanat imzalandı”,-deyə deputat qeyd edib.


Diskussiya formatında davam edən görüşdə gənclərin sualları cavablandırılıb.   

 



09.12.2021 | 13:10