ADNSU-da Ümummilli lider Heydər Əliyevin anım günü qeyd edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.

 

Rektor, professor Mustafa Babanlı Azərbaycanın ən yeni tarixinin bütöv bir hissəsinin Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. Ulu Öndərin xatirəsinin Azərbaycan xalqının qəlbində hər zaman qürurla anılacağını deyən M.Babanlı böyük siyasi xadimin Azərbaycan dövləti və dövlətçiliyi tarixindəki əvəzsiz, unudulmaz xidmətlərindən bəhs edib.

 

ADNSU-nun Humanitar fənlər kafedrasının müdiri, professor Camal Mustafayev müasir  Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsindən danışıb.

 

Daha sonra Şuşa Dövlət Musiqili Dram Teatrı aktyorlarının ifasında Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümyiş olunub.

 



11.12.2021 | 13:15