ADPU-nun komandası intellektual yarışda I yeri tutub

Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətində rayon Gənclər və İdman İdarəsinin (Gİİ) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş  “Heydər Əliyev irsi gələcəyimizdir” adlı “Nə? Harada? Nə zaman?” formatında intellektual oyun keçirilib.

 

Yarışın keçirilməsində məqsəd Ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək, onun zəngin irsini və ideyalarını böyüməkdə olan gənc nəslə aşılamaq, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, eləcə də asudə vaxtlarının səmərəli keçirilməsini  təmin etməkdən ibarətdir.

 

İntellektual oyunda Nərimanov rayonunda fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin komandaları mübarizə aparıblar. Onlardan I yeri Azərbaycan Dövlət Pedaqoji Universitetinin, II yeri Bakı Avrasiya Kollecinin, III yeri isə Azərbaycan Dillər Universitetinin komandaları  tutub.

 

Qalib komandalar Gİİ tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunub.

 



14.12.2021 | 10:31