“İlin ən yaradıcı layihəsi” müsabiqəsinə müraciətlərin qəbulu sabah yekunlaşır

“eTwinning” üzrə “İlin ən yaradıcı layihəsi” müsabiqəsinə müraciətlərin qəbulu sabah yekunlaşır.


Müsabiqəyə təqdim olunan layihələr üzrə 15 dekabr saat 23:59-dək “eTwinning” portalında qeydiyyat tamamlanmalıdır. Eyni zamanda, müraciət formasını dolduran müəllimin layihənin təsisçisi olması mütləqdir. 


Qeyd olunan şərtlər əsasında qalib seçilmiş layihə rəhbəri növbəti tədris ilində Avropada təşkil olunacaq beynəlxalq təlimdə seçim mərhələsinə qoşulmadan iştirak etmək hüququ qazanacaq.


Qeyd edək ki, müsabiqənin əsas məqsədi “eTwinning” layihəsi çərçivəsində Avropanın azı 3 ölkəsinin iştirak etdiyi beynəlxalq ortaq təhsil layihəsinin qurulması, planlaması və ölkələrarası əməkdaşlığın inkişaf etdirilməsidir.
 

 



14.12.2021 | 16:45