2022-ci ildə fəsillərin Azərbaycana daxil olma vaxtı açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası 2022-ci ildə fəsillərin ölkəmizə daxil olma vaxtını təqdim edib.

 

Belə ki:

 

Yaz fəsli - Yaz gecə-gündüz bərabərliyi - 20 mart  saat 19:33. Bu zaman Gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək  cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.

 

Yay fəsli - Yay günəş duruşu - 21 iyun saat 07:32. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə  olacaq.

 

Payız fəsli - Payız gecə-gündüz bərabərliyi - 23 sentyabr  saat  05:03. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır.

 

Qış fəsli - Qış günəş duruşu - 22 dekabr saat 01:48. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.

 

4 iyul saat 11:10-da Yer Günəşə ən uzaq - 152 098 455 km. məsafədən (afeli), 4 yanvar saat 10:52-də isə Günəşə ən yaxın - 147 105 052 km. məsafədən (periheli) keçəcək.

 



16.12.2021 | 10:15