"Fortis" Akademiyada təhsil alan şəhid, qazi və aztəminatlı ailələrin övladları ilə görüş

Azərbaycan Dillər Universitetində (ADU) "Fortis" Akademiyada təhsil alan şəhid, qazi və aztəminatlı ailələrin övladları ilə görüş keçirilib.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla 44 günlük Vətən müharibəsindən bəhs edərək, torpaqlarımızın azadlığı üçün canlarından keçən qəhrəman şəhidlərimizə Allahdan rəhmət,  qazilərimizə şəfa diləyib.  

 

ADU-nun tədris və elmi bazası haqqında məlumat verən rektor qeyd edib ki, hər il universitetin qəbul göstəriciləri yüksələn xətlə inkişaf edir. Görüşdə universitetin kitabxana fondunun zənginliyi, müəllimlərin peşəkarlığı və tələbələrin bilik və bacarıqlarının artırılması üçün yaradılan imkanlardan da danışılıb. 

 

ADU-da fəaliyyət göstərən mərkəzlər, elmi-tədqiqat laboratoriyalarının fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat verilib.

 

“Bir günlük xəlifə” layihəsi haqqında danışan rektor bu layihədə tələbələrin aktiv iştirak etdiyini və onların idarəetmə bacarıqlarının formalaşması üçün əlverişli imkan olduğunu söyləyib. ADU-nun həyata keçirdiyi unikal bir layihə olan “Bir günlük xəlifə” şagirdlərin marağına səbəb olub. 

 

Daha sonra şagirdlər universitetlə yaxından tanış olub, mərkəz və muzeyləri ziyarət ediblər.

 



16.12.2021 | 15:18