PAŞA Bank tələbələr üçün təlim təşkil edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) PAŞA Bank tərəfindən tələbələr üçün SƏTƏM  mövzusunda təlim keçirilib.

 

Onlayn formatda keçirilən təlimdə PAŞA Bankın SƏTƏM üzrə mütəxəssisi Orxan Baxşıyev “HSE &Process, Safety Introduction” mövzusunda ingilis dilində geniş video təqdimatla çıxış edib. Çıxışında O.Baxşıyev sənaye müəssisələrində əməyin təhlükəsizliyi, xüsusən də neft və qaz sənayesində baş verə biləcək təhlükələrin qarşısının alınması və təhlükəli vəziyyətlərdə davranış qaydaları haqqında tələbələrə geniş məlumat verib.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 



20.12.2021 | 11:30