AzMİU yenidən dünyanın ən ekoloji universitetləri siyahısına daxil olub

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) bu il 4-cü dəfədir ki, “UI Green Metric World University” reytinq bazasına ekoloji cəhətdən dünyanın ən ekoloji universitetləri siyahısına daxil olub.

 

Universitetdən bildirilib ki, ali məktəb dünyanın  956 universiteti arasında 596-cı yerdə qərarlaşıb. Ölkə üzrə isə universitet reytinq bazasında 1-ci yerdədir. 


Qeyd edək ki, UI Green Metric reytinqi İndoneziya Universiteti tərəfindən 2010-cu ildən nəşr olunur.  Reytinqdə istehlak və enerjiyə qənaət göstəriciləri, su ehtiyatlarının səmərəli istifadəsi, tullantıların saxlanması və emalı, ətraf mühitə uyğun nəqliyyat vasitələrinin istifadəsi və kampus ərazisində yaşıllıq sahəsi qiymətləndirilir. Eyni zamanda, təhsil və elmi fəaliyyət göstəriciləri də nəzərə alınır.


UI Green Metric World University Ranking ekologiya sahəsində yeganə beynəlxalq reytinqdir və onun məqsədi akademik cəmiyyətin diqqətini cəlb edərək ətraf mühit problemlərinin həllinə kömək göstərməkdir.  

 



20.12.2021 | 18:10