Bakı Yunus Əmrə İnstitutunun direktoru ADPU-da

Bakı Yunus Əmrə İnstitutunun direktoru Səlcuq Qaraqılınc Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) qonağı olub.

 

Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak edib.

 

Rektor C.Cəfərov qonağa universitet haqqında ətraflı məlumat verib, həmçinin, universitetin ötən həftə keçirilən 100 illik yubileyi barədə söz açıb.

 

Türkiyə universitetləri ilə əlaqələrin əhəmiyyəti, cari vəziyyəti və mümkün əməkdaşlıq imkanlarından danışılan görüşdə hər iki tərəfin maraqlı təklifləri və bir sıra layihələr müzakirə olunub.

 

S.Qaraqılınc ADPU-nun TÜRKSOY kafedrası və Türk araşdırmaları bölməsinin əməkdaşları ilə də görüşərək bu strukturların geniş fəaliyyət istiqamətləri ilə tanış olub.

 



22.12.2021 | 15:15