UNEC-də "Açıq qapı" günləri

Azərbaycan Dövlət İqtisad Universitetində ( UNEC) bu gündən başlayan payız semestrinin imtahan sessiyası fevralın 2-dək davam edəcək.

 

Sessiya müddətində, ikinci imtahan həftəsindən başlayaraq, hər həftənin şənbə günü İctimai Nəzarət Şurası üzvlərinin  iştirakı ilə rektor Ədalət Muradovun  “Açıq qapı”günləri keçiriləcək. "Açıq qapı" günlərində imtahan sessiyası ilə bağlı tələbələrin müraciətləri dinləniləcək.

 

Sessiya dövründə UNEC-in 1846 Qaynar xətti və rəsmi Facebook səhifəsi tərəfindən müraciətlər operativ şəkildə cavablandırılacaq.

 

 Bu barədə UNEC-dən bildirilib.

 



05.01.2022 | 11:05