BANM-də ilk imtahanlarda 186 tələbə iştirak edib

Bakı Ali Neft Məktəbində (BANM) 2021/2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.

 

Ali məktəbdən bildirilib ki, imtahanlar bu il ilk dəfə olaraq fərqli formatda təşkil edilib.

 

Bu formata görə, müxtəlif ixtisaslar və kurslarda təhsil alan tələbələr eyni vaxtda, eyni otaqda imtahanda iştirak edirlər. Yeni format üçün ali məktəbin kampusunda yerləşən iki idman zalı xüsusi olaraq ayrılıb. Burada ara məsafəsi saxlanılmaqla, daha çox tələbənin imtahanda iştirak etməsinə imkan yaradılıb. Fərqli formatda keçirilən imtahanları bir neçə nəzarətçi izləyir. İlk imtahanlarda Neft-qaz, Kimya mühəndisliyi və İnformasiya təhlükəsizliyi ixtisaslarında təhsil alan ümumilikdə 186 tələbə iştirak edib.

 

Qeyd edək ki, dekabrın 27-dən başlanan imtahanlar yanvarın 26-da yekunlaşacaq.

 



06.01.2022 | 10:16