Universitetdə 3000-dən çox tələbə və magistrant imtahan verəcək

Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası keçirilir.

 

MDU-dan bildirilib ki, cari imtahan sessiyasında baş tutacaq 900-dən çox imtahanda 3000-dən artıq tələbə və magistrantın iştirakı gözlənilir. Sessiya ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb, tələbələrin cari qiymətləndirilməsi başa çatdırılıb, hər bir fənn üzrə imtahan sualları və həmin sualların qısaldılmış cavabları tələbələrə çatdırılıb.

 

İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək, eləcə də yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədilə İmtahan Qərargahı, İmtahanlara dəstək qrupu və Apelyasiya Komissiyası yaradılıb. Sessiya ərzində “Qaynar xətt”in fəaliyyəti təmin ediləcək, hər həftənin cümə axşamı rektorun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək.

 



06.01.2022 | 11:35