UFAZ-da iki gündə 29 imtahan keçirilib

Azərbaycan-Fransız Universitetində (UFAZ) 2021-2022-ci tədris ilinin qış imtahan sessiyası başlayıb.   

 

UFAZ-da bakalavr pilləsi üzrə 4, magistratura pilləsi üzrə isə 3 ixtisas var. Ümumilikdə 579 bakalavr, 107 magistratura tələbəsi imtahan verir. Sessiyanın ilk 2 günündə 29 imtahan keçirilib.

 

Bütün imtahan otaqlarına 2 və ya 3 nəzarətçi ayrılıb.  İmtahan zamanı pandemiya rejimi qaydalarına tam əməl olunur.

 

Ənənəvi formatda keçirilən imtahanlar yanvarın 14-dək davam edəcək.

 



07.01.2022 | 13:10