Valideynlər imtahan prosesini izləyiblər

Mingəçevir Dövlət Universitetində (MDU) tələbə valideynləri payız semestrinin qış imtahan sessiyası çərçivəsində auditoriyalarda əyani formada təşkil edilən imtahan prosesini izləyiblər.

 

Valideynləri müşayiət edən universitetin rəhbər və inzibati heyət üzvləri MDU-da qış imtahan sessiyasına hazırlıq işləri, imtahanların keçirilməsi və biliyin qiymətləndirilməsi qaydaları, yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması, müraciətlərə çevik baxılması mexanizmləri barədə onlara ətraflı məlumat veriblər.

 

Aparılan müşahidələrdən sonra imtahanların obyektiv, ədalətli, şəffaf və mövcud xüsusi karantin rejiminin qaydalarına uyğun keçirilməsindən məmnunluqlarını ifadə edən valideynlər yaradılan şəraitə və göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 

Qeyd edək ki, MDU-da yanvarın 5-dən başlanan imtahan sessiyası fevralın 2-dək davam edəcək. Cari imtahan sessiyasında baş tutacaq 900-dən çox imtahanda 3000-dən çox tələbə və magistrantın iştirakı gözlənilir.

 



10.01.2022 | 12:50