Botanika İnstitutunda magistrantların qış imtahan sessiyası başlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda 2021/2022 ci tədris ili üçün qış imtahan sessiyası başlayıb.

 

İmtahanlarda Botanika ixtisası üzrə I kursda təhsil alan 2 və II kursda təhsil alan 3 magistrant, Mikologiya  ixtisası üzrə  II kursda təhsil alan 2 magistrant iştirak edir. İmtahanlar xüsusi karantin rejiminə uyğun şəkildə təşkil olunub. Tələbələr imtahan suallarını ayrılmış vaxt müddətində yazılı olaraq cavablandırıblar.

 

AMEA Rəyasət Heyəti Aparatının Təhsil şöbəsinin magistratura sektorunun  müdiri Qafil Dəmirov imtahanların gedişatı ilə tanış olub və magistrantlara imtahan sessiyasında uğurlar arzulayıb.

 

İnstitutda imtahanlar  31 yanvar  tarixinə qədər davam edəcək.

 



11.01.2022 | 14:31