“Universitetlərin beynəlxalq aləmdə tanıdılmasında platformalar mühüm rol oynayır”

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan “Zəfər yolu” adlı “UNEC İqtisadi Forumu 2021”in təşkilinə dəstək göstərən şirkətlərin rəhbərləri və nümayəndələrinin təltifolunma mərasimi keçirilib.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov BP Azərbaycan, Gülüstan Sarayı, İctimai TV, “Exo Media”, “New Media” qrupu, “Ad Media”, “Yes”, Adsmark, Azprint, Fil Agency, Logix, Proton.az, Casablanka Travel şirkətlərinin təmsilçilərinə forumda göstərdikləri təşkilati dəstəyə görə təşəkkürünü bildirib. Rektor Azərbaycanın inkişafında əhəmiyyət kəsb edən məsələlərin müzakirəyə çıxarılmasında, eləcə də universitetlərin beynəlxalq aləmdə tanıdılmasında platformaların mühüm rol oynadığını bildirib. UNEC İqtisadi Forumunun bu baxımdan önəmini vurğulayan  Ə.Muradov tədbirin hər il keçiriləcəyini diqqətə çatdırıb.

 

Rektor UNEC-in təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan digər beynəlxalq tədbirlərdən, eləcə də universitetin hədəflərindən söz açıb. O, tədbirlərin təşkilində şirkət və qurumlarla qarşılıqlı etimad, maraq üzərində tərəfdaşlığın qurulmasının mühüm əhəmiyyət kəsb etdiyini də bildirib.

 

Sonra şirkət təmsilçilərinə UNEC-in təşəkkürnamələri təqdim olunub.

 



14.01.2022 | 15:31