BSU-nun əməkdaşı Lesya Kərimova Ukrayna Prezidenti tərəfindən medalla təltif edilib

Bakı Slavyan Universitetinin (BSU) əməkdaşı, Ukrayna Tədris-Mədəniyyət Mərkəzinin müdiri Lesya Kərimova Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən “Əmək və şücaətə görə” medalı ilə təltif edilib.

 

BSU-dan AZƏRTAC-a bildirilib ki, Lesya Kərimova bu təltifə Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına verdiyi mühüm töhfələrə görə layiq görülüb.

 

 



15.01.2022 | 13:20