BMU-nun əməkdaşlarına elmi dərəcələr verilib

Bakı Mühəndislik Universitetinin (BMU) pedaqoji fakültəsinin bir sıra əməkdaşlarına Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən elmi dərəcələr verilib. Belə ki, fakültənin Riyaziyyat kafedrasının müdiri, dosent Rakib Əfəndiyevə riyaziyyat elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi, Kimya-biologiya kafedrasının müdiri, kimya üzrə fəlsəfə doktoru Elmar İmanova dosent elmi adı, Riyaziyyat kafedrasının müəllimi Çinarə Hacıyevaya isə riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

 

R.Əfəndiyev “Öz-özünə qoşma olmayan Hill operatoru üçün düz və tərs məsələlər” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işini, Ç.Hacıyeva isə “Hipersinqulyar inteqral operatorların approksimasiyaları və onların tətbiqləri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işini uğurla müdafiə edib.

 

Fakültənin İngilis dili kafedrasının müəllimi Nigar Ağayevanın “Azərbaycan və ingilis uşaq folklorunun janr xüsusiyyətləri” mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi (5719.01 - Folklorşünaslıq) almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi  də uğurla keçib.

 



17.01.2022 | 18:08