Rektor Vətən müharibəsi qaziləri olan tələbələrlə görüşüb

Bakı Dövlət Universitetində (BDU) 44 günlük Vətən müharibəsində iştirak edən tələbələrlə görüş keçirilib.

 

BDU-nun rektoru Elçin Babayev əldə olunan tarixi Zəfərdən bəhs edib, şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrin misilsiz rəşadətindən, hərbçilərin əzmkarlığından, xalqımızın mübarizliyindən söz açıb. Bu tarixi Zəfərin Prezident-Xalq-Ordu birliyi sayəsində əldə olunduğunu xüsusi vurğulayıb. O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.

 

E.Babayev qazi tələbələrin təhsilləri ilə maraqlanıb, onlara hər cür dəstək göstəriləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, BDU Elmi Şurasının qərarı ilə alt qruplarda təhsil alan tələbələr ödənişdən azad edilib. Müharibə  iştirakçısı olan tələbələrin yüksək təhsil almaları üçün bütün şərait yaradılıb.

 

Görüşdə qazilərin sualları cavablandırılıb, təklifləri nəzərə alınıb.

 



21.01.2022 | 14:55