Ağcabədi rayonunda məktəb açılışı

Yanvarın 21-də Ağcabədi Rayon M.Uluxanov adına Sarıcalı kənd tam orta məktəbi üçün tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib.


Açılış mərasimində təhsil nazirinin müşaviri Elnur Nəsibov,  Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Ağcabədi rayon Təhsil Şöbəsinin müdiri İsmayıl Həsənov iştirak edib.


Açılış mərasiminin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.


Tədbir iştirakçıları daha sonra məktəbdə yaradılmış şəraitlə tanış olublar.


Bildirilib ki, yeni tikilmiş məktəb 360 şagird yerlikdir. 16 sinif otağından ibarət ümumtəhsil müəssisəsində  3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 216 yerlik akt zalı, idman zalı, kitabxana və 120 yerlik yeməkxana fəaliyyət göstərəcək.

 



21.01.2022 | 15:15