“Gələcək üçün Bacarıqlar” layihəsinin hesabatı təqdim olunub

Azərbaycan Texniki Universitetində (AzTU) “Gələcək üçün Bacarıqlar” layihəsinin hesabat təqdimatı və qarşıda görüləcək işlərin müzakirəsinə həsr olunan görüş keçirilib.

 

Görüşdə  AzTU-nun rektoru Vilayət Vəliyev,  Prezident  yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov və layihə komandası iştirak edib.

 

Görüş zamanı layihənin ölkənin innovasiya ekosisteminin inkişafına göstərdiyi təsir, layihə mərhələlərinin gedişatı, gələcək addımlar və innovasiya sahəsində qarşılıqlı birgə fəaliyyətin təşkili ilə bağlı müzakirələr aparılıb.

 



21.01.2022 | 17:22