BDU ilə Alexandru İoan Cuza İasi Universiteti arasında əlaqələr inkişaf etdirilir

Bakı Dövlət Universiteti (BDU) ilə Rumıniyanın Alexandru İoan Cuza İasi Universiteti arasında Erasmus mübadilə protokolu imzalanıb.

 

Universitetdən bildirilib ki, protokolda tələbə, akademik və inzibati heyətin qarşılıqlı mübadiləsi öz əksini tapıb. Həyata keçirilən əməkdaşlığın əsas məqsədi BDU-nun Alexandru İoan Cuza İasi  Universiteti ilə əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.


Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Alexandru İoan Cuza İasi  Universitetinin rektoru Tudorel Toader imzalayıb.

 

Məlumat üçün bildirək ki, əsası 1860-cı ildə qoyulmuş Alexandru İoan Cuza İasi Universitetində 25000  tələbə təhsil alır. Universitetdə  15 fakültədə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Universitet QS WUR fənn reytiqində 1201+ pillədə yer alır.

 



26.01.2022 | 11:11