ADA məktəbinin XI sinif şagirdləri üçün riyaziyyat fənnindən monitorinq imtahanı keçirilib

Dünən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ADA məktəbinin XI sinif şagirdləri üçün riyaziyyat fənnindən monitorinq imtahanı keçirilib.

 

DİM-dən bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində, ümumilikdə ADA Universitetinin 3 tədris binasında təşkil olunub. İmtahanda 267 şagirdin iştirakı gözlənilirdi. Daxil olan ilk məlumatlara görə 30 şagird müxtəlif səbəblərdən imtahanda iştirak edə bilməyib. İmtahanın təşkili və idarəedilməsi məqsədilə DİM əməkdaşlarından 3 nəfər imtahan rəhbəri, 22 nəfər isə zal nəzarətçisi qismində prosesə cəlb edilib.

 

İmtahanda 11-ci sinif şagirdlərinə riyaziyyat fənni üzrə qapalı və açıq tipli tapşırıqlar ( 13 qapalı, 5 hesablama tipli və 7 yazılı cavablandırılması tələb olunan açıq test tapşırıqları olmaqla, ümumilikdə 25 test tapşırığı) təqdim olunub.

 

Test tapşırıqlarının cavablandırılması üçün 1 saat vaxt ayrılıb.

 



31.01.2022 | 10:06