MEK oxucuları üçün daha bir yenilik

Türkiyənin iqtisadi, sosial, sektoral və regional məlumatlarını özündə birləşdirən “dataTurkey” verilənlər bazası bu gündən Mərkəzi Elmi Kitabxananın (MEK) oxucuları üçün aktiv olacaq.

 

MEK-dən bildirilib ki, “dataTurkey” Türkiyənin iqtisadi, sosial, sektoral və regional verilənlərini birləşdirən bir məlumat bazasıdır. Müntəzəm olaraq yenilənən “dataTurkey”in tətbiqi sayəsində bir çox müxtəlif qurum və təşkilatların seçilmiş verilənlərini tək platformada əldə etmək, verilənləri rahatlıqla idarə etmək, statistik və dinamik hesabat hazırlamaq, zaman seriyası və ya panel məlumat cədvəli yaratmaq, göstəriciləri qrafiklərdə əks etdirmək, müəyyən edilmiş cədvəl və qrafikləri müxtəlif formatlarda yükləmək, istifadə etmək, müqayisəli cədvəllər yaratmaq, metadata fayllarını araşdırmaq mümkündür.

 

Qeyd edək ki, oxucular MEK-in rəsmi saytındakı (http://mek.az/) “Beynəlxalq e-resurslar” bölməsinə daxil olmaqla sözügedən bazadan istifadə edə bilərlər.



01.02.2022 | 10:00