UNEC-in tələbə və məzunu Prezident mükafatına layiq görülüb

Prezident İlham Əliyev "2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" Sərəncam imzalayıb.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Azər Əliyev və məzunu Emiliya Bayramova sərəncama əsasən, Gənclər üçün Prezident mükafatına layiq görülüblər.

 

Universitetdən bildirilib ki, Azər Əliyev 2010-2014-cü illərdə UNEC-in beynəlxalq iqtisadi münasibətlər fakültəsində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda isə UNEC-də MBA proqramında Layihələrin idarəedilməsi ixtisası üzrə magistr təhsili alır. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədridir.

 

Emiliya Bayramova isə 2016-2020-cu illərdə UNEC-in Rus İqtisad Məktəbində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda “ASAN Könüllüləri Gənclər Təşkilatının sədridir.



03.02.2022 | 15:23