ADNSU tələbəsi Azercell şirkətinin təqaüd proqramının qalibi olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kompüter mühəndisliyi ixtisasının IV kurs tələbəsi Ülvi Əhmədli  Azercell şirkətinin təqaüd proqramının qalibi olub.

 

Universitetdən bildirilib ki, proqramda iştirak edən tələbələr ingilis dili və riyaziyyat fənni üzrə test imtahanı və iki dəfə müsahibədən uğurla keçərək təqaüd proqramının qalibi olublar. Tələbələr tədris ilinin sonuna qədər Azercell şirkəti tərəfindən aylıq təqaüd alacaqlar.

 



09.02.2022 | 15:20