55 məktəblinin Azərbaycan-Fransız Universiteti ilə tanışlığı

Müxtəlif rayonlardan olan 12-16 yaşlı 55 məktəbli qız Azərbaycan-Fransız Universitetində (UFAZ) olub. 

 

UFAZ rəhbərliyi şagirdlərə ali təhsil ocağı haqqında məlumat verib, onları   universitetdə tədris olunan ixtisaslar, qəbul şərtləri, tədris prosesi və ikili diplom proqramının üstünlükləri barədə bilgiləndirib.

 

Daha sonra şagirdlər 3 qrupa bölünərək, UFAZ-ın fizika, kimya və yer elmləri laboratoriyaları ilə tanış olub, UFAZ müəllimləri tərəfindən müxtəlif təcrübələrin gedişini izləyiblər.

 

Qeyd edək ki, UFAZ dəqiq elmlərin təşviqi məqsədilə tez-tez müxtəlif orta məktəb şagirdlərinin universitetə ziyarətlərini təşkil edir və  özünün tədris proqramları barədə onlara məlumat verir. Bu layihədə iştirak etmək istəyən məktəblilər [email protected] email ünvanına yazaraq ali təhsil ocağı ilə əlaqə saxlaya bilər.

 

 



14.02.2022 | 11:30