“Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Mənim gündəliyim” adlı  oxu və yaradıcılıq  müsabiqəsinə start verilir.

 

Müsabiqənin keçirilməsinin əsas məqsədi təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu  və yazı  bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və  dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması,  istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara  dəstək  göstərilməsindən ibarətdir.

 

İki mərhələdən (məktəb və şəhər) ibarət müsabiqədə Bakı şəhəri ümumi təhsil müəssisələrinin aşağı yaş qrupları (I-VII siniflər) və yuxarı yaş qrupları  (VIII –XI siniflər) üzrə şagirdləri iştirak edəcəklər.

 

Müsabiqənin ilk mərhələsində şagirdlər məktəb kitabxanalarından istifadə etməklə Azərbaycan və  dünya  ədəbiyyatından əsərləri oxuyaraq gündəlik hazırlayacaqlar. Şəhər mərhələsində isə şagirdlərin təqdim etdikləri gündəliklərə Münsiflər heyəti tərəfindən baxış keçiriləcək, qiymətləndirmə meyarlarına  uyğun olaraq  ən yaxşı işlər seçiləcək.

 

Müsabiqənin nəticələrinə əsasən, 5 nəfər I, 5 nəfər II, 5 nəfər III yer olmaqla, ümumilikdə,15 şagird qalib adını qazanacaq. Xüsusi fəallığı ilə fərqlənən 10 şagirdə Tərifnamə, fəal iştiraka  görə  25 şagirdə isə Təşəkkürnamə təqdim  olunacaq.

 

Qaliblər BŞTİ tərəfindən  diplom və hədiyyələrlə mükafatlandırılacaq.


 

“Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinin keçirilməsi  barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

 

 



14.02.2022 | 14:03