DİM sınaq imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 13-də keçirilmiş sınaq imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonlarını təqdim edib.

 

DİM-dən bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üzrə sınaq imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış olmaq mümkündür.

 

Qeyd edilib ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən sınaq imtahanının nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur. 

 

 



15.02.2022 | 10:00