Şabranlı məktəblilərə fərqlənmə attestatları verilib

Şabran rayonunun   ümumi və tam  orta   məktəb məzunlarının  15 nəfərinə fərqlənmə attestatları təqdim olunub. Rayon təhsil şöbəsindən  redaksiyamıza daxil olan məlumata görə,   ümumi orta təhsil səviyyəsi üzrə 5, tam orta təhsil səviyyəsi üzrə  10 nəfər məzun fərqlənmə attestatı ilə məktəbi bitirib.

 

Təhsil şöbəsində fərqlənmə attestatlarının təqdim olunması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə rayon təhsil şöbəsinin əməkdaşları,  təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, valideynlər və  məzunlar iştirak ediblər.

 

Sonda məzunlar xatirə şəkli çəkdirməyi də unutmayıblar.

                                                                                                 

Şakir CƏFƏROV



28.07.2018 | 13:43