Psixoloq vəzifəsinə işə qəbul üzrə 787 müraciət daxil olub

Ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə qeydiyyat başa çatıb.

 

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə müvafiq elektron sistemi vasitəsilə ümumilikdə 787 müraciət daxil olub.

 

Qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcəklər.

 

 



15.02.2022 | 16:07