Tələbələrin təcrübə proqramları Socar Carbamide zavodunun rəhbərliyi ilə müzakirə olunub

Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru Vazeh Əskərov, baş katib Elizaveta Bydanova və Tədqiqat departamentinin rəhbəri Philippe Turek Sumqayıtda yerləşən Socar Carbamide zavoduna baş çəkib və zavodun direktoru Xəyal Cəfərovla görüşüblər. 

 

Görüş zamanı UFAZ-la Socar Carbamide zavodu arasında əməkdaşlıq, tələbələrin təcrübə proqramları və gələcək məşğulluq məsələləri müzakirə olunub. Görüşdə həmçinin, UFAZ-ın Tədqiqat departamenti barədə məlumat verilib və təhsil-istehsalat əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edilib.

 

Qeyd edək ki, UFAZ-ın bakalavr pilləsinin 9 nəfər 4-cü kurs tələbəsi bu yaxınlarda Socar Carbamide zavodunda 2 həftəlik istehsalat təcrübəsində olub.

 

 



17.02.2022 | 16:15