Təhsil naziri Gürcüstanda rəsmi səfərdədir

Fevralın 20-də təhsil naziri Emin Əmrullayev Gürcüstana rəsmi səfər edib.


Səfər çərçivəsində Emin Əmrullayev ulu öndər Heydər Əliyevin Tbilisidə və Rustavidə ucaldılan abidələrini ziyarət edəcək, Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüşəcək. Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq.


Təhsil naziri həmçinin Gürcüstanın bir neçə ali məktəblərinə də baş çəkəcək, Gürcüstanın tədrisi Azərbaycan dilində olan məktəblərinin direktor və müəllim heyəti ilə də görüş keçirəcək.
 

Nazirin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşü də nəzərdə tutulub.
 

Səfər fevralın 23-də başa çatacaq.

 

AZƏRTAC

 

 



20.02.2022 | 18:08