Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin tələbəsi olmaq istəyənlərin nəzərinə!

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti (“MGIMO”) 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edib. Qəbul bakalavriat təhsil səviyyəsi üzrə aparılır. 

 

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 24 fevral 2022-ci il tarixinədək tələb olunan sənədləri [email protected]  elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçməlidirlər. 


Müsabiqə mərhələsi, tələb olunan sənədlər və digər məsələlərlə bağlı ətraflı məlumatı keçiddən əldə etməyiniz mümkündür.

 

 



21.02.2022 | 11:42