“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) “Gələcək üçün bacarıqlar” layihəsinin “Tusi(2C)” proqramı çərçivəsində ilk maarifləndirici tədbir təşkil olunub. Bu məqsədlə universitetdə xüsusi stend yaradılıb və tələbələrə layihə ilə bağlı informasiyaların əks olunduğu bukletlər paylanılıb. Bununla yanaşı, qeydiyyatdan keçərək proqrama qoşulmaq istəyənlər üçün interaktiv lövhə də quraşdırılıb.

 

Tədbir zamanı layihənin menecerləri tələbələrlə söhbətlər aparıb və onlara  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən layihənin ikinci komponenti olan İnkubasiya proqramı haqqında ətraflı məlumat veriblər. Qeyd edilib ki, proqramın əsas məqsədi ölkədə innovasiya fəaliyyətinin davamlılığının təmin olunması, innovativ ideyaların inkişaf etdirilməsi, həmçinin tələbələrin innovasiya və startap üzrə biliklərinin artırılmasıdır. 6 ay davam edəcək inkubasiya proqramında bir sıra təlimlərin, xarici və yerli ekspertlərlə görüşlərin, sahələr üzrə səfərlərin, müxtəlif “camp”lərin, eləcə də “Pitch Day”-in keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb. Eyni zamanda, proqram haqqında tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

 

 



21.02.2022 | 17:21