Tələbələr üçün Alqoritmika təlimləri

Cari tədris ilində Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat və informatika müəllimliyi və İnformatika müəllimliyi ixtisaslarında (SABAH qrupları daxil olmaqla)  təhsil alan sonuncu kurs tələbələri üçün Alqoritmika təlimləri keçiriləcək.

 

Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən ADPU-nun kompüter laboratoriyalarına  120 notbuk və 35 fərdi kompüter dəsti hədiyyə edilib.

 

Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova universitetdə layihə çərçivəsində fəaliyyət göstərəcək laboratoriyalarla tanış olublar.

 

Qeyd edək ki, Alqoritmika Beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbi tərəfindən həyata keçiriləcək təlimlər fevral-may aylarını əhatə edəcək. Həftədə 3 dəfə olmaqla, 4 saatlıq sessiyalarda keçiriləcək təlimlərdə, ümumilikdə 166 tələbə iştirak edəcək. Sonda tələbələrin nailiyyət səviyyəsi qiymətləndirilərək müvafiq sertifikatlar təqdim olunacaq.

 



22.02.2022 | 10:43