“Erasmus+” CRENG layihəsi çərçivəsində master-klas dərsləri

Avropa Birliyinin maliyyələşdirdiyi “Erasmus+” KA2 proqramı üzrə həyata keçirilən “Nəqliyyat xidmətləri üçün risk və böhran mühəndisliyi” (CRENG) layihəsi çərçivəsində onlayn master-klas dərsləri keçirilib.

 

4 gün ərzində keçirilən master-klas dərslərində Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının, Logistika və Nəqliyyat İnstitutunun əməkdaşları, həmçinin magistratura və doktorantura tələbələri iştirak ediblər. 

 

Dərslər fəlakət vəziyyətlərində humanitar logistika və nəqliyyat xidmətləri, logistika sistemlərinin modelləşdirilməsi üzrə “AnyLogic”, qlobal depolama sistemlərində müasir problemlər, qlobal  nəqliyyat sistemində yükün iki və ya daha çox nəqliyyat vasitəsilə daşınmasında irəliləyişlər, riskin və böhranın proqnozlaşdırılması və s. mövzuları əhatə edib.

 

Sonda müstəqil auditorun iştirakı ilə layihənin ümumi monitorinqi aparılıb.

 

Bu barədə AzTU-dan bildirilib.

 

 



22.02.2022 | 12:17