Qazi müəllim “Gündəm təhsildir” proqramında

25 fevral saat 16:00-da “Gündəm təhsildir” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı Vətən Müharibəsi iştirakçısı, 180 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əli Abbasovdur.

 

Ə.Abbasov Vətən Müharibəsi başlayan kimi könüllü olaraq səfərbərliyə yazılıb. Füzuli, Qubadlı və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edərək xəsarət alsa da, mübarizəsini dayandırmayıb. Vətən Müharibəsindəki şücaətinə görə o, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb.

 

Qeyd edək ki,  onlayn müzakirə proqramı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.

 

 



22.02.2022 | 13:39