“Erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbirlər keçirilib

Zəngilan rayonunun 1, 6, 9, 29, 33 nömrəli tam orta məktəblərində “Erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

 

Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə, keçirilən tədbirlərdə erkən nikahın dövrümüzün mühüm və aktual problemlərindən olduğu bildirilərək yaratdığı mənfi nəticələri, fəsadları barədə danışılıb.

 

Həmçinin, erkən nikahın qızların təhsildən yayınmasına səbəb olduğu qeyd edilib və bunun qarşısının alınması üçün onların təhsilə cəlbi  istiqamətində görülməli işlər vurğulanıb.

 

Daha sonra məktəblilər üçün videoçarx nümayiş etdirilib.

        

Şakir Cəfərov



23.02.2022 | 13:13