Tələbələr Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının və Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə universitetin bir qrup tələbə və magistrantı Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya edib.

 

Ekskursiyada gənclərə müasir və müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətləri haqqında məlumatlar verilib və Mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.

 

Daha sonra tələbə və magistrantlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponat, fotoşəkil və kitablarla tanış olublar.

 

Qeyd edək ki, ekskursiya cari ildə universitet rektorunun müvafiq əmri ilə təsdiq edilmiş “MDU-da ideoloji maarifləndirmə konsepsiyası ilə bağlı keçiriləcək Tədbirlər Planı” çərçivəsində baş tutub.

 

 



23.02.2022 | 16:13