Azərbaycanla Rusiyanın pedaqoji ali məktəbləri arasında əməkdaşlıq əlaqələri

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Rusiya Federasiyasının Udmurtiya Respublikasının Qlazov Dövlət Pedaqoji İnstitutunun (QDPİ) nümayəndələri ilə görüş keçirilib.

 

Görüşdə QDPİ-nin rektoru Yanina Aleksandrovna Çiqovskaya-Nazarova, həmin universitetin Qəbul Komissiyasının məsul katibinin müavini Liliya İosifovna Belıx, komissiyanın aparıcı mütəxəssisi Yuliya İvanovna Dmitruk, Rusiya Federasiyası Udmurtiya Respublikası Hökumətinin Beynəlxalq əlaqələr üzrə müşaviri Dmitri Ryabov, Udmurtiyada yaşayan Azərbaycan diasporunu təmsil edən “Azərbaycan-Udmurtiya Dostluq İctimai Mərkəzi”nin sədri  Zülfüqar Mirzəyev, ADPU-nun rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov və digərlər şəxslər iştirak ediblər.

 

Görüşdə qonaqlara ADPU-nun fəaliyyəti barədə məlumat verilib.

 

QDPİ-nin rektoru Yanina Aleksandrovna Çiqovskaya-Nazarova öz növbəsində rəhbərlik etdiyi institutun təhsil proqramları, fəaliyyəti, nailiyyət və problemləri barədə danışıb.

 

Görüş çərçivəsində ADPU və Qlazov Dövlət Pedaqoji İnstitutu arasında birgə onlayn konfransların, yay məktəblərinin və tədris proqramlarının təşkili, məqalələrin elmi jurnallarda qarşılıqlı dərci və s. əməkdaşlıq imkanları müzakirə olunub.

 

Sonda ali təhsil müəssisələrinin rektorları arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 



23.02.2022 | 16:27