BDU-nun Rumıniyanın ali məktəbləri ilə əlaqələri genişlənir

Bakı Dövlət Universiteti (BDU) və Rumıniyanın  Babes-Bolyai Universiteti arasında Erasmus mübadilə protokolu imzalanıb.

 

BDU-nun rektoru Elçin Babayev və Babes-Bolyai Universitetinin rektoru Daniel Davidin imza atdığı protokol iki ali məktəb arasında əlaqələrin genişləndirlməsini, tələbə, tədqiqatçı və akademik heyətin mübadiləsini nəzərdə tutur.

 

Qeyd edək ki, əsası 1959-cu ildə qoyulmuş Babes-Bolyai Universiteti Rumıniyanın nüfuzlu universitetlərindən biridir. 41000-dən çox tələbənin təhsil aldığı universitetdə 22 fakültədə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Babes-Bolyai Universiteti  QS WUR reytinqində 1001-1200-ci pillədədir.

 

 



24.02.2022 | 11:14