Azərbaycanlı professor Belarus Dövlət Rabitə Akademiyasında mühazirə oxuyub

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Tofiq Mansurov Belarusda  bir həftəlik səfərdə olub. Səfər çərçivəsində Belarus Dövlət Rabitə Akademiyasında onun moderatorluğu ilə “AzTU-da yerinə yetirilən elmi-tədqiqatların istiqamətləri: əsas nəticələr, elmi fəaliyyətin xüsusiyyətləri və perspektivləri” mövzusunda seminar keçirilib. Seminarda Belarus Dövlət Rabitə Akademiyasının rektoru və əməkdaşları, həmçinin magistrant və aspirantları iştirak ediblər. Seminarda geniş məruzə ilə çıxış edən AzTU-nun professoruna sertifikat təqdim olunub.

 

Səfərin növbəti günü T.Mansurov Belarus Dövlət Rabitə Akademiyasında “İnformasiya mühafizəli infokommunikasiya şəbəkələrinin optik rabitə sistemlərinin inkişaf perspektivləri və problemləri” mövzusunda mühazirə oxuyub. Mühazirədə akademiyanın tələbələri ilə yanaşı, rəhbərliyi də iştirak edib.

 

Səfər çərçivəsində AzTU və Belarus Dövlət Rabitə Akademiyasının birgə yaratdığı “Optik rabitənin kvant sistemləri” adlı beynəlxalq elmi laboratoriyanın 2022-2023-cü illər üçün iş planı, həmçinin iki ali təhsil müəssisəsi arasında mövcud müqavilənin icrası məqsədilə 2022-2023-cü illər üçün yol xəritəsi hazırlanıb. 

 

 



25.02.2022 | 14:46