“Tələbə İnkişaf Platforması” layihəsi çərçivəsində görüş keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Dövlət Məşğulluq Agentliyinin “Tələbə İnkişaf Platforması” layihəsi çərçivəsində görüş keçirilib. MDU-nun Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə Dövlət Məşğulluq Agentliyinin əməkdaşları, universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.

 

Dövlət Məşğulluq Agentliyinin Peşəyönümü şöbəsinin müdiri Toğrul Ələkbərov, aparıcı mütəxəssisi Əli Qurbanlı və karyera məsləhətçisi Pərviz Əfəndizadə təqdimatla çıxış edərək bildiriblər ki, "Tələbə İnkişaf Platforması" tələbələrə karyera planlaması və inkişafı üzrə təlimlər keçən, eyin zamanda, universitetlərin karyera mərkəzləri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcək bir layihədir.

 

Çıxışlarda karyera planlaması zamanı diqqət yetirilməsi vacib olan əsas amillərdən, əmək bazarında tələb və təklifin, ətrafdakı insanların karyera seçiminə təsirlərindən, müasir dövrdə insanın dəyərini artıran yumşaq bacarıqlardan (soft skills) bəhs edilib.

 

Görüş iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

 



01.03.2022 | 18:23